Alen Delonun hüquqları məhdudlaşdırıldı

Alen Delonun hüquqları məhdudlaşdırıldı
30 yanvar 2024
# 10:28

Məhkəmə 88 yaşlı fransız aktyoru Alen Delonun hüquqlarını məhdudlaşdırıb.

Kulis.az xəbər verir ki, aktyora daşınmaz əmlak satmaq qadağan edilib.

Məhkəmə kimliyi bilinməyən şəxsi sənətçinin işlərini idarə etmək üçün təyin edib.

Qeyd edək ki, Delonun sağlamlıq vəziyyəti son vaxtlar ailə üzvləri və tanışları arasında mübahisə obyektinə çevrilib. Aktyorun kiçik oğlu Alen-Fabien atasının məlumatsızlığından və zəifliyindən sui-istifadə edən bacısı Anuşkadan şikayət etdikdən sonra prokurorluq ilkin araşdırmaya başlayıb.

# 578 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #