Aktrisa Liz Şeridan vəfat etdi

Liz Şeridan, aktrisa

Liz Şeridan, aktrisa

16 aprel 2022
# 10:40

Aktrisa Liz Şeridan 93 yaşında vəfat edib.

Kulis TASS-a istinadən xəbər verir ki, aktrisa Nyu-Yorkdakı evində dünyasını dəyişib.

Onun ölümünün təbii səbəblərdən baş verdiyi bildirilib.

Qeyd edək ki, Şeridan 10 aprel 1929-cu ildə Nyu-Yorkda pianoçu Frank Şeridan və müğənni Elizabet Poul-Consun ailəsində anadan olub.

Aktrisa tamaşaçılara daha çox “Alf” (1986-1990) serialında maraqlı qonşu, eləcə də “Saynfild” (1989-1998) serialında baş qəhrəmanın anası obrazı ilə tanınıb.

# 1146 dəfə oxunub

Müəllifin son yazıları

# # #