Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası öz işinə başlayıb.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, UNESCO üzrə Milli Komissiyanın, Mədəniyyət Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, eləcə də milli ekspertlər Rizvan Bayramov və Rəşad Allahverdiyev təmsil edirlər.
Sessiya çərçivəsində 1972-ci il Mədəni və Təbii İrsin Qorunması üzrə UNESCO Konvensiyasının effektiv icrası, Ümumdünya İrs Siyahısına yeni nominasiyaların daxil edilməsi, İrs abidələrinin mühafizəsi, İrs Fondunun büdcəsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
- Amaliya Pənahova ona qarşı çıxdı, filmə görə hədə-qorxu gəldilər – “Babək”in gözəli Pərvin kim idi?
- Bu dəfə Qarabağdan yalnız gənclər yazacaq – Yaş həddi 35
- Əri ola-ola Telman Adıgözəlov ona evlilik təklif etdi, kişi aktyorlarımızın arasına qısqanclıq davası saldı – “Bəyin oğurlanması”nın məşhur siması kim idi?
Qeyd edək ki, Azərbaycan ötən il İrs Komitəsinin qərarı ilə yaradılmış İrs Fondunun Dayanıqlığı üzrə alt-komitəyə sədrlik etmiş və cari sessiyanın ilk günündə alt-komitənin nəticələri haqda hesabatı Komitə üzvlərinə təqdim etmişdir.
Komitə öz işini 4 iyul tarixinədək davam edəcək.
Xatırladaq ki, Azərbaycan sözügedən komitənin üzvüdür və hazırda vitse-prezidentdir. /azertag.az/