Akrobat tamaşa zamanı hündürlükdən yerə çırpıldı

Akrobat tamaşa zamanı hündürlükdən yerə çırpıldı
16 yanvar 2023
# 12:40

Meksikanın Tampiko şəhərindəki “Fantasy World On Ice” adlı sirkdə keçirilən tamaşa zamanı akrobat səhnədə ip halqa ilə çıxış edərkən 5 metr hündürlükdən yerə çırpılıb.

Kulis.az xəbər verir ki, hadisə Akrobat Mia Qonzales Sotonun kəndirə bağlanmış halqanı tuta bilmədiyi üçün baş verib.

Soto yerə çırpıldıqdan sonra hərəkətsiz qaldıqda tamaşaçılar şoka düşüblər. Qəzadan sonra sirkin işıqları söndürülüb və sirk mühafizəçiləri cəld hadisəyə müdaxilə ediblər.

Xəstəxanaya aparılan akrobatın bədənində ciddi qırıqlar qeydə alınmadığı üçün evə buraxılıb.


# 813 dəfə oxunub

Müəllifin son yazıları

# # #