#

Musiqili Teatrın direktoru beynəlxalq festivalda

Musiqili Teatrın direktoru beynəlxalq festivalda
7 sentyabr 2023
# 15:04

Sentyabrın 8-dən 16-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Belarusun Brest şəhərində keçiriləcək XXVII Beynəlxalq “Belaya veja” Teatr Festivalının münsiflər heyətində iştirak edəcək.

Kulis.az xəbər verir ki, Rusiya, Bolqarıstan, Qazaxıstan, Sloveniya, Özbəkistan və digər dövlətlərin mədəniyyət, incəsənət və teatr nümayəndələrini birləşdirən ənənəvi festivalda həm də Musiqili Teatrın yeganə mono-tamaşası olan "Utancaq qız" (F.Dostoyevski) oynanılacaq.

Qeyd edək ki, səhnə əsəri sentyabrın 10-da Əməkdar artist Şövqi Hüseynovun ifasında Brest Akademik Dram Teatrının səhnəsində təqdim olunacaq. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Ə.Lalayev olan bu səhnə əsəri indiyə qədər bir çox nüfuzlu beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

# 1072 dəfə oxunub

Müəllifin son yazıları

# # #