AKİ-nin dəstəklədiyi layihə BelDocs forumunda

AKİ-nin dəstəklədiyi layihə BelDocs forumunda
22 may 2025
# 09:05

Balkan regionunun ən nüfuzlu festivallarından hesab edilən XVIII BelDocs Beynəlxalq Sənədli Film Festivalının (21-28 May 2025) BelDocs Sənaye Günlərinin Pitçinq Forumuna bu il Azərbaycandan təkcə “Nəvə” tammetrajlı sənədli film layihəsi seçilib.

Kulis.az xəbər verir ki, builki proqram “İnkişaf” və “Proqress” başlığı altında iki fərqli kateqoriyada aşağıdakı ölkələrdən müraciət qəbulunu açıq elan edib: Qərbi Balkan regionu (Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Kosovo, Monteneqro, Şimali Makedoniya, Sloveniya, Serbiya), Baltik regionu ( Latviya, Litva, Estoniya) və Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Polşa.

“İnkişaf” kateqoriyasında Azərbaycandan layihə seçilməsə də, ümumilikdə yuxarıda adıçəkilən ölkələrdən 20 film layihəsi iştirak edir.

Qeyd edək ki, beynəlxalq forum iştirakçıları və münsif önündə pitçinq üçün “Nəvə” filminin rejissor və prodüseri Afaq Yusifli, həmprodüseri Murad Allahverdinin layihədə iştirakının səfər xərclərinə Azərbaycan Kinematoqrafçılar İttifaqı maddi dəstək göstərib.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #