Bulqakovun varisləri məhkəməyə verildi

Bulqakovun varisləri məhkəməyə verildi
6 dekabr 2022
# 14:00

“Mars Media Entertainment” kino şirkəti rus yazıçısı Mixail Bulqakovun varislərini məhkəməyə verib .

Kulis.az xəbər verir ki, təşkilat 2017-ci ildə “Master və Marqarita” romanının çəkiliş hüququnu müəllifin nəslindən olan 52 yaşlı Sergey və 72 yaşlı Daria Şilovskidən alıb.

Lakin kino şirkəti çəkiliş üçün hazırlıqlara başlayanda amerikalı rejissor Maykl Lenq əsərin film hüquqlarının da ona məxsus olduğunu bildirib.

Məlum olub ki, Bulqakovun varisləri ikiqat alver ediblər. “Master və Marqarita” romanının çəkiliş hüququnu eyni anda iki kino şirkətinə satıblar.

Nəticədə “Mars Media Entertainment” şirkəti filmin çəkilişini dayandırmalı olub.

Şirkət Şilovskilərə qarşı 115 milyon rubl istehsal itkisinə görə kompensasiya tələbi ilə məhkəməyə müraciət edib.

# 945 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #