Ağır xəstəliklə mübarizə aparan aktyordan yeni proyekt

Ağır xəstəliklə mübarizə aparan aktyordan yeni proyekt
16 iyun 2023
# 16:50

Tibbi fəsaddan əziyyət çəkən Oskar mükafatı laureatı Ceymi Foksun hələ də yeni proyektləri var.

Kulis.az xəbər verir ki, aktyor öz instaqram hesabından Netflix istehsalı “ They Cloned Tyrone” adlı yeni filminin treylerini paylaşıb.

Foks filmdə Con Boyeqa və Teyona Parris ilə birlikdə rol alıb.

Xatırladaq ki, aktyorun qızı Korin Foks atasının "tibbi fəsad" kimi təsvir etdiyi xəstəlikdən sağalarkən gizlilik istəyib. O, may ayında sosial şəbəkədə etdiyi paylaşımla atasının vəziyyəti ilə bağlı spekulyasiyalara son qoymağa çalışıb.

# 833 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #