Издательство «Ларец» nəşriyyatı "Нагорный Карабах: Виновники трагедии" известны" kitabını nəşr edib.
Bu barədə Kulis.az-a naşir Müşfiq Xan məlumat verib. Kitab bir vaxtlar Bakıda yaşayan erməni mühəndis-alim Robert Arakelovun qeydlərindən hazırlanıb. Toplu Dağlıq Qarabağ və Sumqayıt hadisələrinə bir erməninin dilindən tərəfsiz işıq tutur, Azərbaycan gerçəyini, haqq savaşını oxucuya çatdırır. Kitab tezliklə ölkə xaricində də nəşr ediləcək.