“Ağdam tarixinin aynası” kitabı çapdan çıxdı

“Ağdam tarixinin aynası”  kitabı çapdan çıxdı
22 dekabr 2025
# 11:11

Əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun “Ağdam tarixinin aynası” kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, monoqrafiya 95 illik şərəfli tarixi yol keçmiş “Ağdam” rayon qəzetinə həsr olunub.

Kitabda Ağdamın yeganə mətbuat vasitəsi, onun ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər həyatının salnaməçisi olan qəzetin ilk nömrəsindən başlayaraq indiyə qədər keçdiyi yol, ayrı-ayrı vaxtlarda ona rəhbərlik edən redaktorlar, qəzetin səhifələrində izi və sözü qalan müxbirlərin həyat və yaradıcılığından bəhs olunur. Həmçinin kitabda qəzetin adını daşıdığı rayonun varlığının ilk günlərindən Azərbaycanın böyük iqtisadi potensiala malik olan, sakinlərinin qəhrəmanlığı, fədakarlığı və zəhmətsevərliyi ilə fərqlənən bölgənin tarixi haqqında müfəssəl məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, monoqrafiyanın müəllifi Baxşeyiş Abbasoğlu hazırda “Ağdam” qəzetinin redaktorudur. O, Birinci Qarabağ müharibəsində kəşfiyyat bölüyünün komandiri olub və “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. İndiyədək onun yaradıcılıq məhsulu olan on beşə yaxın kitab işıq üzü görüb.

Kitabın məsləhətçisi Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, redaktoru Əməkdar jurnalist Elşən Əliyevdir.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər