“Aranfilm” Yaradıcılıq Mərkəzi fəaliyyətini dayandırdı

“Aranfilm” Yaradıcılıq Mərkəzi fəaliyyətini dayandırdı
3 sentyabr 2020
# 19:08

2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılan “Aranfilm” Yaradıcılıq Mərkəzi bu gün fəaliyyətini dayandırıb.

Bu barədə kulis.aza studiyanın rəhbəri Tahir Tahiroviç məlumat verib.

Xatırladaq ki, “Aranfilm” fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edib. Onların yüksək səviyyədə təqdimatı keçirilib. Bir çox festivallarda mükafatlara layiq görülüb. 2017-ci ildən qısametrajlı bədii filmlərin istehsalına başlanılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atıb.

# 3265 dəfə oxunub

Müəllifin son yazıları

# # #