Afroamerikalı diaspor sənətçilərinin "Studio Museum"u payızda açılacaq

Afroamerikalı diaspor sənətçilərinin "Studio Museum"u  payızda açılacaq
7 avqust 2025
# 14:20

ABŞ-ın Harlem şəhərində yerləşən məşhur "Studio Museum"un yeni binasının açılışı noyabrın 15-də “İcma Günü” ilə qeyd ediləcək.

Kulis.az xəbər verir ki, muzey 2018-ci ildən bəri bağlı idi.

Həmin il əvvəlki bina sökülərək, yerində "Adjaye Associates" memarlıq studiyası tərəfindən dizayn edilmiş yeni bina inşa olunmağa başladı.

Muzeyin əvvəlcə 2022-ci ildə yenidən açılması planlaşdırılsa da, bu tarix bir neçə dəfə təxirə salınmışdı.

Qeyd edək ki, bu mədəniyyət mərkəzi afroamerikalı diaspor sənətçilərinin yaradıcılığını təqdim edən ilk aparıcı incəsənət məkanlarından biri kimi tanınır.

# 162 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər