Jurnalisti Kann festivalına buraxmayıblar

Jurnalisti Kann festivalına buraxmayıblar
21 may 2019
# 10:15

Jurnalisti geydiyi ayaqqabıya görə Kann kinofestivalına buraxmayıblar.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Amerikanın həftəlik “Variety” jurnalının əməkdaşı Kladiu Elleri uyğunsuz ayaqqabıya görə festivala buraxmaq istəməyiblər. Onlar bunu festivalın dress koduna riayət etməməyi səbəb gətiriblər. Belə ki, xanım jurnalist hündür dabanlı yox, alçaq dabanlı tufli geyinibmiş.

“Ötən axşam festivalın mühafizəçiləri məni qırmızı xalının qabağında saxlayıb hündür dabanlı geymədiyimə görə, buraxmaq istəmirdi. Mən onları bu haqda jurnalda yazacağımla qorxutdum. Daha sonra onlar geri çəkildi” – deyə jurnalist sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, ötən il Kann festivalında festivalın rəsmi dress koduna etiraz olaraq bir neçə aktrisa qırmızı xalıdan ayaqyalın keçmişdi.

# 1918 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #