Mədəniyyət naziri Adil Kərimli Xalq şairi Nəriman Həsənzadəni xəstəxanada ziyarət edib.
Kulis.az APA-ya istinadən bildirir ki, bu barədə APA-ya Xalq şairinin köməkçisi Aref Mehmandost məlumat verib.
Qeyd edək ki, Nəriman Həsənzadə bir müddətdir Mərkəzi Klinik Xəstəxanada stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır.