Xanım İsmayılqızı Şəhriyarın şeirinə mahnı bəstələdi

Xanım İsmayılqızı Şəhriyarın şeirinə mahnı bəstələdi
29 aprel 2020
# 10:38

Bəstəkar, şair Xanım İsmayılqızı Şəhriyar Del Geraninin sözlərinə mahnı bəstələyib.

Kulis.az xəbər verir ki, bu barədə şair özü məlumat yayıb. O, qeyd edib ki,“Sən yağışa baxarsan, mən yağışı öpərəm” adlı şeirinə bəstələnən mahnı Əməkdar artist Lalə Məmmədovanın ifasında səslənəcək:

“Xanım İsmayılqızı "Sən yağışa baxarsan, mən yağışı öpərəm..." şeirimə adına layiq peşəkarlıqla möhtəşəm bir mahnı bəstələyib. Yaxın günlərdə sevgili sənətkar Lalə Məmmədovanın ifasında eşidəcəyik. Düzü, bundan sonra həm də mahnı mətnləriylə işləmək istəyirəm. Heç olmasa, 100 mahnı. Əsl şərqilər. Könlünüzdən keçən nəğmələri yazmağa çalışacam. Allah sağlamlıq nəsib etsin, gerisi təfərrüat. Görək yerdə qalan ömrümüzü nəylə baş qatırıq. Allah necə haqdı!"

# 2883 dəfə oxunub

Müəllifin son yazıları

# # #