Adel: "Qulağımı kəsmək istədim"

Adel:  "Qulağımı kəsmək istədim"
28 oktyabr 2024
# 10:34

Britaniyalı müğənni Adel kariyerasına fasilə verəcəyini açıqlayaraq pərəstişkarlarını təəccübləndirib.

Kulis.az xəbər verir ki, Las-Veqasda "Weekends With Adele" şousuna davam edən 36 yaşlı müğənni nadir xəstəliyə yoluxduqdan sonra vəziyyətinin pisləşdiyini deyib:

"Qulaq infeksiyası var və olduqca qorxulu vəziyyətdəyəm. Daha əvvəl belə bir şey yaşamamışam. Bu mənim başıma gələn ən ağrılı şeydir. Doğuşdan da betər idi. Nadir bir su bakteriyasıdır. Müalicəsi çox çətindir. Bir neçə dəfə qulağımı kəsmək istədim".

Adel qismən kar olduğunu açıqladı - 3

Qeyd edək ki, "Qremmi" mükafatlı müğənninin gizli planı var. 220 milyon dollar sərvəti olan Adelin aktyorluğa addım atdığı iddia edilir. Adelin Hollivudun məşhur aktyor məşqçiləri ilə işlədiyi və bir ildən artıqdır ki, aktyorluq təhsili aldığı bildirilir.

# 457 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #