Salam Sarvanın əməliyyat xərcləri qarşılanacaq

Salam Sarvanın əməliyyat xərcləri qarşılanacaq
6 aprel 2024
# 16:39

Bu günlərdə səhhətində ciddi problemlər yaranan Azərbaycanın tanınmış şairi Salam Sarvanın əməliyyat və müalicə xərcləri qarşılanacaq.

Kulis.az xəbər verir ki, şairin səhhəti ilə bağlı məlumatlar sadə vətəndaşların və aidiyyəti qurumların ciddi reaksiyasına səbəb olub. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələyə dərhal reaksiya verərək onun bütün müalicə və əməliyyat xərclərinin qarşılanacağını bildirib.

Artıq S.Sarvanın həkimi Mircəlal Kazımi ilə də əlaqə saxlanılıb, bütün prosedurlar nəzarətə götürülüb. Onun yaxın günlərdə Dövlət Gömrük Hospitalında növbəti dəfə əməliyyat olunacağı gözlənilir. M.Kazımi müalicənin prosedura uyğun davam etdirildiyini qeyd edib.

Qeyd edək ki, S.Sarvanın səhhətində son günlər ciddi problem üzə çıxıb, qaraciyəri ilə öd kisəsi arasında şiş əmələ gəlib. Şair ilk əməliyyatı keçirib, ikinci əməliyyata hazırlaşır.

Qafqazinfo

# 1053 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #