Zorlamada günahlandırılan məşhur sənətçiyə qadağa qoyuldu

Zorlamada günahlandırılan məşhur sənətçiyə qadağa qoyuldu
27 fevral 2020
# 10:20

Təcavüzlə ittiham olunan ispaniyalı tenor Plasido Dominqoya ölkəsində konsertinə qadağa qoyulub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, musiqiçinin Madriddəki konserti ləğv edilib.

İspaniya Təhsil, Mədəniyyət və İdman Nazirliyindən yazılı açıqlama belə olub: “Zərər çəkmiş qadınlara həmrəylik münasibəti göstərmək üçün bu addım atılıb”.

Qeyd edək ki, sənətçi bu günə kimi 27 qadına cinsi təzyiqdə günahlandırılmışdı.

# 1556 dəfə oxunub

Müəllifin son yazıları

# # #