Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq
9 sentyabr 2026
# 12:40

1940-cı ildə ilk dəfə səhnəyə qoyulan, Azərbaycanın ilk milli baleti hesab olunan Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri “PAŞA Bank”ın dəstəyi ilə yenidən səhnədə canlandırılacaq.

Kulis.az xəbər verir ki, “PAŞA Bank”la teatr arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçiriləcək layihənin məqsədi əsərin tarixi və bədii ruhunu qoruyaraq onu müasir səhnədə yeni tamaşaçı nəsli ilə görüşdürməkdir.

Milli musiqi və rəqs ənənələrimizi klassik balet sənəti ilə birləşdirən “Qız qalası” Azərbaycan mədəni irsinin dəyərli nümunələrindən biridir.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər