Zeynəb Xanlarova 12 il sonra konsert verəcək

Zeynəb Xanlarova 12 il sonra konsert verəcək
14 yanvar 2020
# 16:17

Martın 18-də Bakı Konqres Mərkəzində Xalq artisti Zeynəb Xanlarovanın konserti keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, 12 ildən sonra baş tutacaq konsertin təşkilatçıları “Peachline” və “Kevents Group” şirkətləridir. Konsertin biletləri artıq satışdadır.

Xatırladaq ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayının əsaslı təmirindən sonrakı açılış münasibəti ilə konsert vermişdi.

Gallery

# 3878 dəfə oxunub

Müəllifin son yazıları

# # #