Azərbaycanda bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Nizami Gəncəvi İli”, Türkiyədə də böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Yunus Əmrə İli” elan olunub.
Bu münasibətlə Bakı Yunus Əmrə İnstitutu, iki ölkənin tanınmış rəssamı, layihə rəhbəri Günay Zebiçin (Mehdizadə) ssenarisi əsasında Türkiyənin və Azərbaycanın iki böyük şairinin ictimaiyyətə tanıdılması məqsədilə “Nizamidən Yunusa: Birlik ilə baxmaq” tamaşasını nümayiş olunacaq.
Tamaşa mayın 7-də Beynəlxalq Muğam Mərkəzində epidemiya şəraiti nəzərə alınaraq tamaşaçısız səhnəyə qoyulacaq. 50 dəqiqəlik tamaşa Yunus Əmrə və Nizami Gəncəvinin həyat və yaradıcılığını özündə ehtiva edir. Tamaşanın məqsədi hər iki mütəfəkkirin fəlsəfəsini gənc nəsillərə çatdırmaqdır.
- Akademik Musiqili Teatr ən yaxşıları mükafatlandırdı
- “Böyük dayaq” filminin Mayası vəfat etdi
- Samir Cəfərova ağır itki üz verdi
Qeyd edək ki, tamaşa Azərbaycan Milli Konservasiyası tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin təqdimatında nümayiş ediləcək.