Xalq artistinin ölüm xəbəri yayıldı

Xalq artistinin ölüm xəbəri yayıldı
27 iyul 2021
# 10:20

Dünən Facebook sosial şəbəkəsində Xalq artisti Elmira Rəhimovanın ölüm xəbəri yayıldı.

Kulis.azın əməkdaşları xəbərin doğruluğunu yoxlamaq üçün Elmira xanımın mobil nömrəsinə zəng vurdu.

Telefonu onun nəvəsi götürdü və nənəsinin sağ-salamat onun yanında olduğunu söylədi.

Eyni zamanda maraqlananlardan bu məsələ ilə bağlı onları narahat etməmələrini xahiş etdi.

Xatırladaq ki, Elmira xanım bu ilin may ayında koronavirusa yoluxmuş və uğurlu müalicə nəticəsində sağalıb evə buraxılmışdı.

# 1792 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #