Üzərində şeir yazılan milyon dollarlıq perqament tapıldı

Üzərində şeir yazılan milyon dollarlıq perqament tapıldı
9 oktyabr 2020
# 14:40

Çində oğurlanan 300 milyon dollarlıq qədim perqament iki hissəyə bölünmüş şəkildə tapıldı.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xalq Respublikasının qurucularından olan Mao Zedongun üzərinə şeir yazdığı 300 milyon dollar dəyərində olan qədim perqamentə oğrular ciddi zərər verib. 2. 8 metr uzunluqda olan perqament çox uzun olduğu üçün oğrular onu iki hissəyə bölüb. Oğruların sözügedən əsəri 65 dollara satdıqları təsbit edilib. Aldığı perqamentin saxta olduğunu düşünən müştəri polisə baş vurub. Həbs olunana müştəri kəfalət ödəməklə sərbəst buraxılıb.

# 1972 dəfə oxunub

Müəllifin son yazıları

# # #