Amerikalı bəstəkar Adam Şlezinger Nyu Yorkda koronavirus infeksiyasından vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 52 yaşlı bəstəkar COVİD 19 ağır formada keçirtdiyi üçün ömrünün son iki həftəsini xəstəxanada keçirib.
Qeyd edək ki, Şlezinger üç Emmy mükafatının sahibidir və eyni zamanda "Ən yaxşı yeni sənətçi" nominasiyasında Grammy mükafatını alıb. 1997-ci ildə Oscar və Qızıl Qlobus Mükafatına namizəd olub. Bəstəkarın iki qız övladı qalıb.