"Hamı bir yana, Allahdan da utanmırsız?" - Şəhriyar del Geranidən sərt sözlər

"Hamı bir yana, Allahdan da utanmırsız?" - Şəhriyar del Geranidən sərt sözlər
30 sentyabr 2025
# 10:02

"Başa düşmürəm, bu, kimə və ya, nəyə lazımdır? Ayıb deyil? Bir insanın ölüm anını niyə paylaşırsız? Bu qədər sırtıldınız?"

Kulis.az xəbər verir ki, bu sözləri şair Şəhriyar del Gerani öz feysbuk hesabında paylaşıb.

O, dünən vəfat edən Əməkdar artist Cabir İmanovun ölüm anını paylaşanları sərt şəkildə qınayıb:

"Ruhu şad olsun Cabir qardaşımızın. Heç şübhəsiz, böyük talant sahibiydi. Üstəlik, intellektual və şəxsiyyətli bir adam. Baxıram, saytlar ölüm anı videosunu paylaşır sənətkarın. Başa düşmürəm, bu, kimə və ya nəyə lazımdır? Ayıb deyil? Bir insanın ölüm anını niyə paylaşırsız? Bu qədər sırtıldınız? Ülvi heç nə qalmadı? 5-10 min “baxış” sayına satdınız hər şeyi? Bu videonu paylaşmaq sizə və cəmiyyətə nə verir? Məgər detektiv situasiyadır? İnsan infarktdan dünyasını dəyişib, niyə yayırsız videosunu? Ayıb deyil? Doğrudan, ayıb deyil? Hər şey, hamı bir yana, Allahdan da utanmırsız?"

# 651 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər