Tanımadığım adamlar canımda idi – Günün şeiri

Tanımadığım adamlar canımda idi – Günün şeiri
18 may 2020
# 16:21

Kulis.az Ələddin Əzimlinin “O dağlara” şeirini təqdim edir.

Şərif Ağayara

Bu qərib sözün,
alovlu səsin
ağrı-acısını
soyundum ürəyimdən,
soyudu hərarətim bir qədər,
müvəqqəti olsa da.
Ancaq
bir qığılcım qalmışdı
ürəyimdə, deyəsən.
Təzədən
yanmaq, alovlanmaq hissi
baş qaldırırdı içimdə.
Ötənlər,
həyatını itirənlər,
səssiz-səmirsiz gedənlər
ürəyimdə
elə əvvəlki məqamında idi.
Görmədiyim yerlər,
tanımadığım adamlar
ruhumda, canımda idi.
Ağaclar,
otlar,
çiçəklər
yapışaraq əlimdən,
çəkirdi məni çaya tərəf
odumu, alovumu
soyutmaq üçün,
məni ovutmaq üçün.
Amma nahaq,
çox nahaq.
Can atırdım
sönmüş ocaqlara tərəf,
içimdən qopmuş
əzəmətli dağlara tərəf...

VARİS

# 1674 dəfə oxunub

Müəllifin son yazıları

# # #