Sülh üzrə Nobel mükafatı qalibinin adı açıqlandı

Sülh üzrə Nobel mükafatı qalibinin adı açıqlandı
9 oktyabr 2020
# 13:56

Bu gün 2020-ci il sülh üzrə Nobel mükafatı qalibinin adı açıqlanıb.

APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramına (World Food Programme (WFP)) verilib.

Komitə mükafatı Dünya Qida Proqramına “münaqişə bölgələrində həyatın yaxşılaşdırılmasına verdiyi töhfəyə görə, aclıqla mübarizə aparmaq səylərinə görə, aclığın müharibə və münaqişələrdə silah kimi istifadəsinin qarşısının alınmasına yönəlmiş qüvvə kimi çıxış etdiyinə görə” verib.

Qeyd edək ki, Dünya Qida Proqramı Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ortaq layihəsi olaraq 1961-ci ildə qurulub və 1963-cü ildən fəaliyyətə başlayıb.

# 1959 dəfə oxunub

Müəllifin son yazıları

# # #