Şpilberq "İndian Cons"un beşinci filmini çəkməkdən imtina etdi

Şpilberq "İndian Cons"un beşinci filmini çəkməkdən imtina etdi
27 fevral 2020
# 15:28

Bütün zamanların ən çox gəlir gətirən filmlərinə imza atan məşhur rejissor Stiven Şpilberq İndian Cons tarixində ilk dəfə rejissor kürsüsünü başqasına həvalə edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Stiven Şpilberq, ilk dəfə 1982- ci ildə çəkilən dörd hissəli "İndian Cons" silsiləsinin beçşinci filminin rejissorluğunu, 92-ci Oskar mükafatına namizəd göstərən Ford V Ferrari filminin rejissoru Ceyms Mangolda təhvil verib.

Şpilberq filmi çəkməkdən imtina etməsinin səbəbinin yeni nəsilə hekayəyə öz prespektivini gətirməsi üçün fürsət vermə arzusu olduğunu bildirib.

Qeyd edək ki, Şpilberq "İndian Cons"un rejissorluğunu təhvil versə də, filmin prodüseri olmağa davam edəcək.

Harrison Fordun baş rolda çəkiləcəyi filmin 2021- ci ilin iyul ayında nümayiş olunması gözlənilir.

# 2072 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #