Sovet rejissoru vəfat etdi

Sovet rejissoru vəfat etdi
8 dekabr 2020
# 11:30

Tanınmış Sovet rejissoru, ssenari müəllifi və aktyor Aleksander Qordon vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının saytında məlumat verilib. 88 yaşlı rejissorun ölüm səbəbi göstərilməyib.

Qeyd edək ki, Aleksander Qordon 26 dekabr 1931-ci ildə Moskvada anadan olub. VGIK-in rejissorluq şöbəsini bitirdikdən sonra Moldova Film Studiyasında, daha sonra Mosfilmdə işləyib. Qordon, “Şəhəri bağlayan adam”, “Blizard döyüşü”, “Oğurluq”, “Futbolçu”, “Fidyə” və “Cənnətdəki son gecə” kimi filmlərə quruluş verib. Bundan əlavə, Andrey Tarkovskinin “Nostalji” və “Qurbanlıq” filmlərini dublyaj edib. Qordon həmçinin özünü "Assassins" və "Bu gün atəş olmayacaq" filmlərində aktyor kimi sınayıb.

Xatırladaq ki, Aleksander Qordon, məşhur rus şairi Arseni Tarkovskinin qızı Marina Tarkovskaya ilə evil olub. Cütlüyün bu evlilikdən Mixail Tarkovski adlı övladları düntyaya gəlib. Mixail Tarkovski isə Rusiyanın tanınmış yazışı və biloqudur.

# 1164 dəfə oxunub

Müəllifin son yazıları

# # #