Səid Rüstəmov haqqında videoçarx hazırlanıb

Səid Rüstəmov haqqında videoçarx hazırlanıb
14 may 2021
# 11:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun həyat və yaradıcılığı haqqında videoçarx hazırlayıb.

İdarədən bildirilib ki, videoçarxda məktəbin müəllimi Cəvahir Əliyeva bəstəkarın Azərbaycan musiqi irsinin inkişafına töhfələrindən bəhs edib. O, dahi Üzeyir bəyin layiqli davamçılarından olan Səid Rüstəmovun xalq musiqi ənənələrinin yaşadılması və xalq çalğı alətləri orkestrinin təşəkkülündə xidmətlərini, eyni zamanda bir pedaqoq kimi fəaliyyətini vurğulayıb.

Məktəbin sosial media hesabları vasitəsilə paylaşılan videoçarx Səid Rüstəmovun əsərlərindən parçalar və görkəmli bəstəkarın çıxışı ilə müşayiət olunub.

# 1894 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #