Seymur Baycanın kitabı 3-cü dəfə nəşr olundu

Seymur Baycanın kitabı 3-cü dəfə nəşr olundu
24 avqust 2020
# 10:06

Seymur Baycanın "Quqark" romanı yenidən nəşr olunub.

Kulis.az xəbər verir ki, QANUN nəşriyyatında Seymur Baycanın “Quqark” romanının üçüncü nəşri çapdan çıxıb.

Həyati hadisələrlə zəngin olan “Quqark” romanınında əsərin qəhrəmanı müəllifin özüdür.Romanda epizodik hadisələr, obrazlar, həddindən artıq çoxdur və əsərdə konkret süjet xətti yoxdur. Bir neçə süjet xətti (Sovet İttifaqı dağıldıqdan sonra Qafqazda baş verən ictimai-siyasi hadisələr, müharibə, üçüncü ölkədə yaşayan yazıçının həyatı...) əsərdə bir-birinə qarışır. Ancaq bu dolaşıq hadisələr axınında müəllif vəziyyətdən çıxa bilir. Obrazların hissləri, hadisələrə yanaşmaları, problemləri əsər boyu çox az gözə çarpsa da, dövrün intellegentindən ən axmaq adamına kimi danışdığı bu əsərdə hər kəs haqda müəyyən təsəvvür yaranır.

Gallery

# 2166 dəfə oxunub

Müəllifin son yazıları

# # #