Seymur Baycandan Ağalar Quta cavab: “Onunku tərtəmiz riyakarlıqdır”

Seymur Baycandan Ağalar Quta cavab: “Onunku tərtəmiz riyakarlıqdır”
26 fevral 2021
# 11:10

“Ağalar Məmmədovun Şərqə, Şərq mədəniyyətinə rəğbətinin yaranmasının səbəbi nə olursa olsun, bu, mənəvi tənəzzülün göstəricisidir.”

Bu sözləri Kulis.aza açıqlamasında yazıçı Seymur Baycan filosof Ağalar Qutun (Məmmədov – red.) Şərq maarifçiliyi ilə bağlı yazısına münasibət bildirərkən söyləyib. O, daha sonra bunları deyib:

“Mənəvi tənəzzülün isə əvvəli var, sonu yoxdu. Batdıqca elə hey batırsan. Ağalar Məmmədov şərq mədəniyyətinə belə hörmət edirsə niyə Avropada yaşayır? Gözəl Pakistan var, Banqladeş var, Əfqanıstan var, İran var ... Getsin oralarda yaşasın və ürəyi istəyən qədər də şərq mədəniyyətindən həzz alsın. Avropada yaşaya-yaşaya şərqə, şərq mədəniyyətinə mədhiyyə oxumaq, futbol şərhçilərinin təbirincə desəm tərtəmiz riyakarlıqdır. Ağalar Məmmədovu Avropada zorla saxlamayıblar. Onda şərq mədəniyyətinə belə rəğbət, məhəbbət yaranıbsa, özünə əbəs yerə zülm etməsin. Getsin istənilən müsəlman ölkəsinə. Hacıbala Abutalıbov demişkən, əminəm ki, istənilən müsəlman ölkəsinə qədəm basandan cəmisi ikicə saat sonra onun bütün lüzumsuz illüziyaları darmadağın olacaq. Bu mənada Ağalar müəllimə istənilən müsəlman ölkəsinə getmək həddən ziyadə lazımdır.”

Xatırladaq ki, Ağalar Qut adı gedən yazısında Seymur Baycanı da tənqid etmişdi.

# 2143 dəfə oxunub

Müəllifin son yazıları

# # #