Seyid Şuşinskinin 130 illik yubileyi qeyd olunub

 Seyid Şuşinskinin 130 illik yubileyi qeyd olunub
30 noyabr 2019
# 16:37

Noyabrın 29-da Astara Uşaq Musiqi Məktəbində Xalq artisti Seyid Şuşinskinin 130 illiyi münasibətilə tədbir keçirilib.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikası Prezidentinin muğam sənətinin görkəmli nümayəndəsi Xalq artisti Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında sərəncamına müvafiq olaraq təşkil edilib.

Tədbir iştirakçıları əvvəlcə görkəmli muğam ustası haqqında lentə alınmış qısametrajlı filmə baxıblar. Lənkəran Regional Mədəniyyət İdarəsinin məsul işçilərinin iştirak etdiyi tədbirdə musiqi məktəbinin nəzəriyyə şöbəsinin müdiri Leyla İskəndərova Seyid Şuşinskinin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Sonra məktəbin müəllim və şagirdlərinin ifasında Seyid Şuşinskinin repertuarından muğam və təsniflər ifa olunub.

# 1882 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #