Serial ulduzu təcili yardım həkimini döydü

Serial ulduzu təcili yardım həkimini döydü
19 mart 2020
# 14:29

Tanınmış rus aktyoru Kirill Emelyanov təcili yardım həkimini döydüyünə və polis əməkdaşlarını təhqir etdiyinə görə həbs olunub.

Kulis.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçinin sərxoş olduğu qeyd olunur. Emelyanov həkimləri təhqir etdikdən sonra onlardan birini vurub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Məlumatda aktyorun bu dəfə də onu sakitləşdirməyə çalışan polis əməkdaşlarını təhqir etdiyi qeyd olunub.

Qeyd edək ki, Kirill Emelyanov, "Kadetstvo" serialı və "Yeralaş" serialı sayəsində şöhrət qazanmış rus teatr və kino aktyorudur.

# 2004 dəfə oxunub

Müəllifin son yazıları

# # #