Selfi çəkərkən tarixi abidəni qırdı

Selfi çəkərkən tarixi abidəni qırdı
4 avqust 2020
# 10:58

Məşhur italyan neo-klassik heykəltəraş Antonio Canovanın əsərinin üstündə oturan turist abidənin ayaq barmaqlarını qırıb.

Kulis.az xəbər verir ki, Possagnoda heykəltəraşın adını daşıyan muzeydə onun ən məşhur əsərlərindən olan Paolina Borghese heykəli ziyan görüb.

Muzeyin açıqlamasında qeyd olunur ki, avstriyalı bir turist selfi çəkərkən abidənin üstündə oturub və bu zaman heykəlin ayaq barmaqları qırılıb. Artıq turistin kimliyi müəyyən olunub və bu barədə aidiyyatı orqanlara məlumat verilib.

# 2358 dəfə oxunub

Müəllifin son yazıları

# # #