Senzura məşhur rejissorun filmini dayandırdı

Senzura məşhur rejissorun filmini dayandırdı
19 fevral 2020
# 11:30

Rus rejissoru və ssenaristi Andrey Zvyagintsev çəkilişlərinə başladığı yeni filmin dayandırılma səbəblərindən danışıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqdakı yaradıcılıq toplantısında Andrey Zvyagintsev tamaşaçıların yeni filmi ilə bağlı suallarını cavablandırıb.

Rejissorun sözlərinə görə, yeni film üzərində işlər ötən ilin yanvar ayından başlanılıb.

"Layihə üzərində doqquz ay işləyəndən sonra bizi dayandırdılar. Mənə gözlənilmədən filmin sonunu dəyişdirmək təklif olundu. Filmin büdcəsi əvvəlcədən məlum idi. Buna görə maliyyə məsələlərinin maneçiliyindən söhbət gedə bilməz. Filmi prodüsserin təklif etdiyi kimi çəkmək, çəkiliş üçün təyin olunmuş planı dəyişdirmək mümkün deyil. Əminəm ki, bütün bunlar senzura ilə əlaqədardır.”

Varlı, orta yaşlı bir insanın dramından bəhs edən filmin büdcəsi 10 milyon avro təşkil edir.

# 1499 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #