"Kurtuluş" Berlin Film Festivalının əsas müsabiqəsində

"Kurtuluş" Berlin Film Festivalının əsas müsabiqəsində
21 yanvar 2026
# 12:00

Milli və beynəlxalq festivallarda saysız-hesabsız mükafatlar qazanan rejissor Emin Alperin böyük maraqla gözlənilən yeni filmi “Kurtuluş" 76-cı Berlin Beynəlxalq Film Festivalının (Berlinale) əsas müsabiqə bölməsinə dəvət alıb.

Kulis.az xəbər verir ki, dünya premyerasını Berlində edəcək “Kurtuluş”, rejissorun 2019-cu ildə eyni bölmədə yarışan “Kız kardeşler” filmindən yeddi il sonra Türkiyədən əsas müsabiqəyə qəbul edilən ilk ekran işi olub.

Filmin aktyor heyətində Caner Cindoruk, Berkay Ateş, Feyyaz Duman, Naz Göktan, Özlem Taş, Eren Demir, Selim Akgül, Hichi Demi və Nazmi Karaman kimi tanınmış simalar yer alır.

Film Hazeran aşirəti ilə illər sonra kəndlərinə geri qayıdan Bezarilər arasındakı torpaq münaqişəsindən bəhs edir.

Filmin operatorları Ahmet Sesigürgil və Barış Aygen, bəstəkarı Kristian Verbek, quruluşçu rəssamı Nadide Arqun Van Uden, montajçısı isə Özcan Vardardır.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər