Röyadan qeyri-adi etiraflar: “Anam məni atama göstərmirdi”

Röyadan qeyri-adi etiraflar: “Anam məni atama göstərmirdi”
3 dekabr 2019
# 10:53

İctimai Televiziyanın “3 D” verilişində qonaq olan Xalq artisti Röya maraqlı açıqlama və etiraflar edib.

Dadaş Dadaşlinskinin suallarını cavablandıran Xalq artisti ali təhsilini yarımçıq qoyması ilə bağlı suala cavabında bildirib ki, hüquqşünas olmaq onun yox, anasının arzusu olub: “Bu, mənim anamın arzusu idi. Ona görə də yarımçıq qaldı, axıra qədər oxuya bilmədim. Çünki o dərslərə getmək, oxumaq lazım idi. Başa düşürdüm ki, mən çox davam etdirə bilməyəcəm.”

“Xalq artisti adı sənə nə verdi?” sualına: “Məni bir az da möhkəm etdi və oğlum üçün, atam-anam, ailəm üçün bu ad lazım idi. Çünki hər dəfə mənim haqqımda dedi-qodular çıxanda onlar əzilirdilər. Bilirsiniz, mənim atamla anam ayrılıblar. Əməkdar artist adı alanda anam atamın evinə, Xalq artisti adını alanda isə atam anamın evinə qonaq getdi. Xalq artisti adı bu mənada mənə çox şey verdi, ailəmi birləşdirdi” cavabını verib.

Keçmiş həyat yoldaşının ailəsində baş verən hadisələrə də toxunan Röya hal-hazırda haqqında cinayət işi açılan keçmiş qayınatasını niyə müdafiə etməsi məsələsinə də toxunub:

“Mən hər zaman onları müdafiə edəcəyəm. Çünki onlar mənim ailəmdir. Mən onlardan bir qan daşıyıram. Onlara dəyən hər daş bir növ mənim oğluma da dəyir. Mənim oğlum onların nəvəsidir. Bilirsiniz, mən ailə münaqişəsindən çox əziyyət çəkmişəm, anam qapını bağlayırdı aylarla, illərlə bizi atama göstərmirdi. Biz pəncərədən özümüzü atamıza göstərirdik ki, böyümüşük. Ona görə də mən oğluma görə həmişə onların yanında olacam. Çünki bizi birləşdirən bir dənə sağlam körpü var, o da mənim Hüseynimdir. O mənim yaşadıqlarımı yaşamasın”.

Xalq artisti Röya Ayxan həmkarı Brilliant Dadaşovanın erməni musiqiçinin ifasının altına “super” yazmasına da münasibət bildirib. Brilliantın bu addımının düzgün olmadığını deyib.

# 2235 dəfə oxunub

Müəllifin son yazıları

# # #