Vahid Naxış Çingiz Mustafayevdən film çəkir - Video

Vahid Naxış Çingiz Mustafayevdən film çəkir - Video
16 iyun 2020
# 14:38

Rejissor Vahid Naxış (Mustafayev) ANS Şirkətlər Qrupunun yeni film üzərində işlədiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, rejissor bildirib ki, film ikinci dünya müharibəsi ərəfəsində Azərbaycanın müstəqilliyinə hesablanmış təşkilatın qurucularından bəhs edəcək.

"Milli Qəhrəman Çingiz Mustafayevın doğulanda ona 1942-ci ildə repressiya qurbanı olmuş əmisinin adını qoyurlar. Böyük Çingiz Mustafayev 1941-ci ildə SSRİ-nin ikinci Dünya müharibəsinə qoşulmasından istifadə edərək, bir qrup gənc, vətənpərvər həmfikirləri ilə Azərbaycanı yenidən Müstəqil etmək məqsədilə gizli cəmiyyət yaradırlar. Etiraz əlaməti olaraq soyadlarının “yev” şəkilçilərini “zadə”yə dəyişirlər, ölkədə Sovet hakimiyyətini yıxmaq, Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyünü bərpa etmək üçün silah yolunu seçirlər. Lakin satqınlıq nəticəsində, artıq Andı və Konsepsiyası olan bu cəmiyyət aşkarlanır və onun bütün iştirakçıları repressiyaya məruz qalır və öldürülür.
Böyük Çingiz Mustafayev və onların cəmiyyəti haqda araşdırmaları 1980-ci illərin sonunda hörmətli akademikimiz, tarixçi Ziya Bünyadov aparır. Nəticədə bir sıra məqalə və kitab dərc olunur. Bu günlərdə, öz Vətənlərində manqurtlar tərəfindən “xalq düşməni” adı verilən, həbslərini və istintaqlarını Aruşanov və Arustamov adlı erməni NKVD cəlladları aparan, görünməyən dözüm göstərən bu Azərbaycanlılar haqda ANS Şirkətlər Qrupu bədii-sənədli film çəkir".

Rejissor qeyd edib ki, bu film həmin dövrə aid dərslik kimi də istifadə oluna bilər.

# 2759 dəfə oxunub

Müəllifin son yazıları

# # #