Ronda Berndən növbəti kitab gəlir

Ronda Berndən növbəti kitab gəlir
17 avqust 2020
# 15:33

Məşhur avstraliyalı yazıçı, “Güc”, “Sirr” kitablarının müəllifi Ronda Bern yeni kitabını nəşrə hazırlayır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Ronda Bern noyabr ayında işıq üzü görəcək kitabının Böyük Britaniyada, Hindistanda, Avstraliyada, Kanadada nəşr olunacağını bildirib. O, qeyd edib ki, yeni nəşr olunacaq kitabı oxumaqla insanlar daha da xoşbəxt olacaqlar:

“Gələcəklə bağlı qorxularınıza qalib gələcək, qeyri-müəyyənlikdən əziyyət çəkməyəcəksiniz. Gündəlik mübarizələriniz və ya dünyada baş verən hadisələrlə bağlı olan narahatlıq, stressləriniz həll olacaq”.

Qeyd edək ki, Ronda Brenin bundan əvvəl nəşr olunan və dünyanın bir çox ölkələrində yayımlanan “Sirr” kitabı əsasında eyniadlı film çəkilib.

# 1623 dəfə oxunub

Müəllifin son yazıları

# # #