Nərimanovun qeydləri kitab halında çap olunacaq

Nərimanovun qeydləri kitab halında çap olunacaq
24 oktyabr 2025
# 11:50

"Kosmo" nəşriyyatı yeni nəşrini oxuculara təqdim etməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, bu dəfə nəşriyyat “Nərimanovun Azərbaycan Cümhuriyyəti daxilində müsafirəti (30 sentyabr – 14 oktyabr 1920)” kitabını təqdim edəcək.

Kitabda Nəriman Nərimanovun 1920-ci ilin payızında Azərbaycanın müxtəlif bölgələrinə – Ucar, Göyçay, Gəncə və digər yerlərə səfərləri, xalqla görüşləri və mitinqlərdə söylədiyi çıxışlar yer alıb.

Əsər hökumətin siyasətini kəndli və fəhlə təbəqəsinə çatdırmaq, sinfi şüuru oyatmaq və əhalini inqilabi ruhda birləşdirmək məqsədi daşıyır. Nərimanov çıxışlarında işçi və kəndlilərin həmrəyliyini vurğulayır, onları mülkədarlıq və istismar qalıqlarına qarşı birgə mübarizəyə, torpaq və azadlıq uğrunda birləşməyə çağırır.

Göyçay və Gəncə mitinqlərində isə o, din azadlığı, maarifin vacibliyi və qadın-kişi bərabərliyi mövzularına toxunur. Kitab həm siyasi təbliğat xarakteri daşıyır, həm də Azərbaycanın o dövrdəki sosial-ictimai mənzərəsini, xalqın cəhalət və yoxsulluq içində yaşamasını əks etdirir.

# 133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər