"Xalq artisti Rafiq Hüseynov (Rəmiş) müalicəsini Bakı Sağlamlıq Mərkəzinin (BSM) intensiv terapiya şöbəsində davam etdirir".
Bunu açıqlamasında BSM-in şöbə müdiri Cavid Paşayev bildirib.
Şöbə müdirinin sözlərinə görə, əvvəlki günlərlə müqayisədə huşu aydınlaşıb və qaraciyər göstəriciləri yaxşılaşmağa doğru gedir: “Həkimlər bu gün Rəmişi müayinə edəcək və hər şey qaydasında olsa, palataya köçürüləcək”.
Xatırladaq ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalq artistinin müalicəsi üçün göstəriş verib. Rəmiş yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkir./report.az/