Polad Həşimov haqqında kitab ikinci dəfə nəşr olundu

Polad Həşimov haqqında kitab ikinci dəfə nəşr olundu
12 oktyabr 2020
# 12:36

“General Polad Həşimov xatirələrdə” kitabı ikinci dəfə nəşr olundu.

Kulis.az xəbər verir ki, Tovuş rayonu ətrafında gedən döyüşlərdə şəhid olan general- mayor Polad Həşimov haqqında xatirələrdən ibarət kitabın ikinci nəşri artıq satışa çıxarılıb.

Kitabda şəhid generalın ailə üzvlərindən, yaxınlarından, zabit və əsgər yoldaşlarından götürülən xatirə yazıları yer alıb. Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” adlı bölmədə isə generalın ta uşaqlıq illərindən tutmuş bizdən ayrılan vaxta qədər müxtəlif dövrlərdə çəkilmiş şəkillər verilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və şəhid generalın cəmiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır.

# 2032 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #