Murad Əliyev: “Sonsuzluq” -Ən qısa hekayə

Murad Əliyev: “Sonsuzluq” -Ən qısa hekayə
23 dekabr 2013
# 17:00

Kulis.Az Murad Əliyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sonsuzluq” (227 işarə) hekayəsini təqdim edir.

Yenə öz sonsuz dünyalarında, yenə sarılmışlar biri-birinə. Şəhərə alt-üst olsa belə ayılmazlar, ayrılmazlar. Köhnə binanın o bir otaqlı mənzilində uzun illərdi ikisinin tükənməz sevgisi, sonsuz məhəbbəti yaşayırdı. Qonşu mənzildən gələn uşaq səsi sükutu pozdu.

# 1495 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #