Ötən gecə Van Qoqun məşhur əsərini oğurladılar

Ötən gecə Van Qoqun məşhur əsərini oğurladılar
31 mart 2020
# 14:32

Hollandiyanın Singer Laren muzeyindən Van Qoqun “Bahar bağı” adlı rəsm əsəri oğurlandı.


Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, oğrular martın 30-da gecə saatlarında muzeyin qapı və şüşəsini sındıraraq rəsm əsərini oğurlayıblar. Yerli polis həyəcan siqnalına cavab versə də oğruları tutmaq mümkün olmayıb.

Rəsm əsərinin qiyməti barədə məlumat verilmir. Əsərin muzey kompleksinə Qroningen Muzeyi tərəfindən müvəqqəti istifadə üçün verildiyi məlum olub.

# 1288 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #