Məşhur rus yazıçısı mükafat aldı

Məşhur rus yazıçısı mükafat aldı
6 fevral 2018
# 10:31

“Nos” mükafatının qalibi elan olunub. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə 2017-ci ilin ədəbi yekunlarına görə “Nos”un qalibi yazıçı Vladimir Sorokindir.

Onu insanlığın kitablara münasibətindən bəhs edən “Manaraqa” kitabına görə mükafatlandırıblar.

Bundan başqa Sorokinin mərasimdəki nümayəndəsinə “Tamaşaçı simpatiyası mükafatı” da təqdim olunub. Mükafatın qalibi internet səsverməsi nəticəsində təyin olunub.

Peşəkar tənqidçilər tərəfindən qalibi müəyyənləşdirilən “Tənqidi əməkdaşlıq mükafatı” isə yazıçı Aleksey Salnikova təqdim olunub.

Mükafatın qalibi 700 min rubl, finalçılar isə 40 min rubl əldə edir.

“NOS” ədəbi mükafatı 2009-cu ildə Mixail Proxorov fondu tərəfindən təsis edilib, rus dilində yazılmış proza nümunələrinə təqdim edilir.

Əsas mükafatın qalibi münsiflər tərəfindən müəyyənləşir.

Ötən ilki qalib yazıçı Boris Leqo olub.

# 1052 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #