Orxan Pamuk qızına çap qadağası qoydu

Orxan Pamuk qızına çap qadağası qoydu
3 iyul 2020
# 10:26

Orxan Pamuk qızı Röyaya kitabını nəşr etdirməyi qadağan edib.

Kulis.az xəbər verir ki, bu barədə türkiyəli köşə yazarı İhsan Yılmaz məqaləsində qeyd edib.

O, bildirib ki, İstanbulda yaşayan 29 yaşlı Röya artıq ilk romanını yazıb.

Orxan qızının Pamuk imzası ilə roman yazmasına qarşıdır. O, Pamuk imzalı ikinci yazıçının olmasını istəmir.

Atasının etirazına rəğmən Röyanın romanı nəşr etdirib etdirməyəcəyi isə hələki dəqiq deyil.

# 2041 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #