Öpüşlərimi qaytar - Gülsadənin yeni şeiri

Öpüşlərimi qaytar - Gülsadənin yeni şeiri
10 sentyabr 2020
# 13:54

Kulis.az Gülsadə İbrahimlinin "Edam var" şeirini təqdim edir.

edam var,
sənə aid nə varsa, hökm oxunub.
ən ağır ittiham tərk edilənə,
ən təmiz ölüm gedənədi.

rəsmlər... xatirələr... başa çıxa bilmədiyim get-gəllər
səbəbsiz ağlamalar
axmaqca davranışlar sərgisində qalib sonlar.
ayrılıq bu olsa gərək.

gedişin beynimə sıxılmış ən səssiz mərmi.
bimədiyim bir yer ağrıyır bədənimdə.
son güldüyümüz selfi öldürdüyün qadının cinayət faktı.
3 cü dünya savaşı... bədənim İsrail
ruhum Afrika
beynim Amerika - barmaq silkələyir
gözlərim sahili bölünmüş Xəzər.

aqressiv ruh halım
şeytana qamçı vuran ədəbsiz tavrlar
səndən sonra pisəm,
pis olacam.
üfüqümdə temasız bir qaranlıq.
içmək istəyirəm sabahadək
bütün gedişlər sayğısız.

öpüşlərimi qaytar,
əl izlərim "atılmışdı" saçlarında.
üstümə silah çəkir aldanışım,
sən gözlərində intiharı sevdiyim adam,
oyna ən son "kozr"ını, uduzmuşdum ən başdan
sərsəm bir sevdanın sərxoşuydum.

öz seçimimdi sənə yenilmək
səni istəmək.
utandır məni son dəfə
bu sevgidən mənim heçimə dönən,
kül qabımda sönən ən son siqaretimsən.

sabah açılır bir azdan həyasız bir günəş sırtılır pəncərəmdə
və mən gerində qalan tək qurban.

# 2272 dəfə oxunub

Müəllifin son yazıları

# # #