Netflix Remarkın romanını ekranlaşdırır

Netflix Remarkın romanını ekranlaşdırır
14 dekabr 2020
# 14:59

Netflix, dünyaca məşhur alman yazıçısı Erik Mariy Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” romanını ekranlaşdırır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, rejissoru Eduard Berger olacaq filmin ssnearisini Vaşinqton Post qəzetinin yazarı İan Stokell və aktrisa Leslie Paterson qələmə alıb. Əsas rollardan birini “Gecəniz xeyrə qalsın Lenin” və “Məzlum Basterds” filmlərindəki rolları ilə tanınan aktyor Daniel Brühl canlandıracaq.

Layihənin Almaniyada çəkilən ən bahallı layihələrdən olacağı qeyd edilib. Filmin çəkilişlərinə 2021- ci ilin martında başlanılacağı bildirilib.

Xatırladaq ki, Remarkın sözügedən romanı ilk dəfə 1929- cu ildə rejissor Lyus Maylustoun ekranlaşdırıb. Film 1930-cu ildə Oskar mükafatına layiq görülüb.

# 1464 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #