Koronaya yoluxma niyə artır? – Harda səhv edirik?

Koronaya yoluxma niyə artır? – Harda səhv edirik?
3 noyabr 2020
# 10:50

“Adətən üç məsələdə ciddi səhvə yol veririk: ünsiyyət, sosial məsafə və maskadan istifadə...”

Bu sözləri tanınmış həkim Vasif İsmayıl koronavirusa yoluxma sayının artması səbəblərindən danışarkən bildirib.

O daha sonra əlavə edib:

“Bunlar çox vacibdir. İctimai nəqliyyatda, əhalinin ən sıx olduğu yerlərdə maska taxmaq yoluxma sayını onlarla dəfə azalda bilər.”

Həkim daha sonra əllərin vaxtaşırı təmiz yuyulmasının da vacibliyindən danışıb:

“Səhiyyə sistemimiz öz işini görür, amma insanlar da öz həyatlarını qorumağa çalışmalıdır.”

# 1996 dəfə oxunub

Müəllifin son yazıları

# # #